Səfərli Şükür 1996−cı ilda Bakı şaharinda prokuror ailəsində anadan olub. Bakı şəhər Nəsimi rayonu 1 saylı tam orta məktəbi, sonra Qərb Universitetinin kompüter mühəndisliyi fakültəsini bitirmişdir. 27 iyul 2018− ci il tarixdən 27 iyul 2019−cu il tarixədək respublikanın qərb bölgəsində yerləşən "N” saylı hərbi hissədə həqiqi hərbi xidmətda olmuş, hərbi hissə komandanlığı tərəfindan Fəxri Fərmanlə təltif olunmuş, kiçik çavuş rütbasilə ehtiyata buraxılmışdır.
Şükür ailənin sonbeşiyi olaraq çox əzizdir. Ailə qurmalarından üç il sonra avtomobil qazasında həlak olmuş heç bir nişanəsi qalmayan əmisinin adını yaşatmaqla bütün nəslin sevimlisidir.
Uşaq yaşlarından gözləri zəif gördüyündən Şükür bu gün də eynəklə gəzir. Bəzən xırda bir fiziki qüsuru olanlar min bəhanə ilə hərbi xidmatdən yayınırlar. Şükür Səfərli nəinki hərbi xidmətə getdi, odlu savaşa da könüllü qoşuldu. Doğulub boya−başa çatdığı vətənpərvər mövqeli ailədə uşaqlıqdan bu ruhda böyüyüb. 1993−cü ildən prokurorluq orqanlarında − 2003−cü ildən 2020−ci ilin may ayına kimi Beyləqan və Gədəbəy rayon prokuroru vazifəsində çalışmış atası Allahverdi Səfərov müharibə başlandığı dövrdə artıq Azərbayacan Respublikası Baş Prokurorluğunda məsul vəzifədə çalışırdı. Savadı, insanpərvərliyi va ali qanunlara vicdanla riayət etməsi sayəsinda cəmiyyətdə nüfuzlu mövqeyə malik Allahverdi Səfərovun ailəsində də halallıq, vətənə məhəbbət ruhu həmişə hakim olub.
Təranə Hüseynova Allahverdi Səfərovla eyni dövrda ADU−da (BDU) təhsil alıb. Biri hüquq, biri jurnalistika fakültəsində. Tahsillarini başa vurduqdan sonra ailə həyatı qurublar. Təranə xanım Göyçaydan Lənkərana gəlin köçüb. Bir neçə il gəlin olduğu Lənkəran rayonunun Parakənd kənd orta məktəbində müəllim işləsə də, ərinin xidməti vəzifəsilə ələqədər Bakıya köçüb. Jurnalist diplomu mücrüsündə qalıb. Bütün diqqətini ailəsinə yönəldib. Ailə qayğıları hər şeyi üstələyib. Qızları Nigar Qərb Universitetini, oğlanları Qalib İqtisad Universitetini bitirib. Bakıda yaşasalar da, ata yurdları yena doğma ocaqlarıdır. Kəndin xeyir-şərində, ən adi tədbirlərində belə bu ailə iştirak etməyi özüna mənəvi borc bilir.
Göyçaydan gələn qız öz qabiliyyəti, ədəb−ərkanı, mehribanlığı ilə ilk gündən qazandığı nüfuza görə nəinki qaynatası Qurbanəli dayının va qayınanası Nənəxanım xalanın, bütün nəslin və kənd sakinlərinin hörmatini qazandı.
Bu ailədə böyüyüb özünü formalaşdıran Şükür başqa cür ola bilardimi?!
Şükür Tovuz hadisələrindan sonra evdə qarar tuta bilmirdi. Vaxtını müxtəlif kurs− larda ixtisasını takmilləşdirməklə, idman məşqlərində keçirsə də, mənfur düşmənin namərdliyinə, mülki əhaliyə atəş açmasına, səngərdə general ölümünə dözə bilmirdi. Gedib könüllülərə yazılmaq istəyirdi. Atası ilə evda olduqları vaxt ”İctimai” televiziya kanalında Tovuz döyüşlərinə getmək istəyən könüllülər barədə ”Vətən harayı” verilişi gedirdi. Bu zaman atası ona "Qaqaş (marhum amisinin adını daşıdığı üçün ona "Qaqaş” deyirlar), sən nə əcəb könüllü kimi yazılmamısan?” soruşduqda Şükür gülə-gülə ”Ata, man artıq yazılmışam” cavabını vermişdi. Kövrəlib gözləri yaşla dolmuş atası heç bir söz deyə bilməyib onu qucaqlayıb üzündən öpmüşdü. 21 sentyabrda səfərbərlik xidmətindən çağırıldıqda telefonda ”Ata, çağırılmışam, gedirəm” dedikdə xidməti vəzifəsi və mətbuatdan olan məlumatlara əsasən müharibənin başlanacağından məlumatı olan atası nəinki etiraz etmiş, ona ”Oğlum, yaxşı yol, Allah sənə kömək olsun” deyib sağollaşmışdı. Şükür sentyabrın 21-dən könüllülərlə təlimdə idi.
Sentyabrda təlimə başlayan Şükürün anası iyun ayından ağır xəstəliyə məruz qalaraq müxtəlif xəstəxanalarda iki dəfə əməliyyat olunmuş, sonralar müəlicəsi Moskvaya kimi uzanmışdı. Bütün sonbeşiklar kimi anasına son dərəcə bağlı olan Şükürə Vətən məhəbbəti üstün gəldi. Hər telefon danışığında anasına hələ təlimdə olduğunu deyəndə ürəyi ağrısa da, müqəddəs yalanına haqq qazandırırdı.Savaşın yolu onun üçün Füzulidən başlayıb. Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd istiqamətlərində gedən döyüşlər zamanı “Zenit Raket Artilleriya” batalyonunun tərkibində döyüş tapşırıqlarını yerinə yetirib. Döyüşlər zamanı mərmilərin partlaması nəticəsində alnından xəsarət alıb. Alnından yaralansa da, yanında şəhid olan döyüş yoldaşlarını görəndə hərbi xəstəxanada yatmağı özünə sığışdırmayıb, döyüş əməliyyatlarında iştirakına davam edib. Bir qədər sonra isə üzünü, bütün bədənini bürüyən səpgilər yaraya çevriləndə komandirin doqqətindən yayınmır və onu hərbi xəstəxanada yatmağa məcbur edir. Şuşanın işğaldan azad olunması, savaşın qələbəmizlə bitməsi xəbərini eşitdikdə bir döyüşçü olaraq bu xəbərdən nə qədər sevinsə də, Şuşaya bayraq sancanların arasında olmadığına görə təəssüflənir.
Şükür Səfərlinin sentyabrın 21-dən başlanan savaş yolu dekabrın 31-də başa çatır. 44 günlük İkinci Qarabağ müharibəsi onun üçün düz 100 günə bitir. Anası isə Şükürün cəbhədə olduğunu gəlişindən bir gün əvvəl bilir.
Həmin gün Şükürü yola sala bilməyən atası sonrakı günləri belə xatırlayır: “Şükürgilin yola salındıqları maşının Qızıldaş qəsəbəsində təmirə dayandığını oğlum Qalib mənə xəbər verdi. Dərhal dostum Vahid Adıgözəlovla ora getdik. Qızıldaş qəsəbəsinin sakinlərinin əsgər gedən gənclərə həssaslıqla yanaşdığını görəndə ürəyim fərəhlə doldu. Hərə bacardığını edirdi. Kimi evindən su, çay, kimi isti yemək gətirirdi. Maşının təmiri uzun çəkdiyindən bütün cavanlarla söhbət edə bildim. Əsgərləri yola salıb evə qayıtdıq. Onların qəlbindəki ruh yüksəkliyi adamı sevindirirdi. Savaşın qızğın günlərində ərzaq və isti pal-paltar alıb cəbhə bölgəsinə getdim. Həmin günlərdə Şükür Füzuli rayonunun Kürd Mahmudlu kəndində təlimdə idi. Apardığım şirniyyat və isti yeməkləri Şükürün digər bölüyün əsgərlərinə paylaması mənə qəribə gəldi. Səbəbini soruşanda gözləri yaşararaq söylədi ki, onlar kəşfiyyat bölüyünün əsgərləridir. Bu gecə kəşfiyyata gedəcəklər. Oğlumun nə dediyini başa düşdüm. İçimdən dəhşətli bir sarsıntı keçdi. Ertəsi gün həmin kəşfiyyatçılardan bir neçəsinin şəhid olması xəbərini eşitdim… 44 günün hər anını səksəkə ilə yaşamışam. Bu təkcə oğlum Şükürə, qardaşım oğlu Vüsala, digər qohumlarım Rəşada, Ələkbərə görə deyil, bütün vuruşan balalara görə idi. Cəbhədən şəhidlər və qazilər barədə hər məlumat eşidəndə özümü onların valideynlərinin yerinə qoyurdum.
Dahilər deyiblər ki, dənizçinin cəsarəti fırtınada, əsgərin cəsarəti savaşda, xalqın cəsarəti ağır sınaq günlərində bilinər. Hərb tariximizə qızıl hərflərlə yazılan 44 günlük savaşdan həm müzəffər ordumuz, həm də Ali Baş Komandanın ətrafında yumruq kimi birləşən xalqımız üzüağ çıxdı. Fəxr edirəm ki, oğlum Şükür də bu sınaqdan üzüağ çıxdı. Təbii ki, Şükürün sağ-salamat qayıtmasına hamı sevinir. Nəvələrim Cahidlə Yasminin sevinci isə yerə-göyə sığmır”.Şükür Səfərlinin dekabr ayında 25 yaşı tamam olur. Vətən müharibəsi başlandığı ilk gündən Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etmiş Şükür Səfərli hərbi hissə komandanlığı tərəfindən Fəxri Fərmanla və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Döyüşdən müxtəlif təltiflərlə qayıdan Şükür üçün - Vətənin hər qarışını sevən bu gənc üçün torpaqlarımızı azad etməkdən böyük mükafat təsəvvür etmək mümkünsüzdür. Azərbaycan Ordusunun cəngavər oğullarının qanıyla azad olunmuş torpaqların Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyilə torpaqlarımızı cənnətə çevirənlərin sırasında olmaq arzusundadır. Fəqət hüquq-mühafizə orqanlarının əməkdaşı kimi, ədalət və qanun keşikçisi kimi. Arzun çin olsun, Şükür Səfərli!
Sevda Əlibəyli
"Söz" jurnalının baş redaktoru
