Cənnətimi cəhənnəmə çevirmə,
Xoş günümüz gedə bilər, sınaqdır.
Urəyimin sevincini devirmə,
Sərt danışma, mənim qəlbim sınıqdır.
Arzularım ürəyimdə dəstədir,
Öz vədinə təki xilaf çıxma sən.
Ömür gedir, hələ yollar ustədir,
Ürəyinə şübhə yükü yığma sən.
Qısqanclıqdan məhv etməsin səni qəm
Sənsiz həyat cəhənnəmin özüdür.
Hara getsən, harda olsan səninəm,
Mən demirəm, ürəyimin sözüdür
Ofelya Nəzərova
AJB və AYB nin üzvü.
Qızıl qələm və Araz mukafatı
və 5 kitab muəllifi
Daxil olundu: 22.07.2026 » Oxundu: 35
