Suriyanın şimalında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 237-yə çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Bildirilib ki, zəlzələ nəticəsində 639 nəfər xəsarət alıb.

Qeyd olunub ki, Hələb, İdlib, Latakiya və Həma əyalətlərində dağılmış binaların altında onlarla adam qalıb.

***

Ocağı Türkiyədə qeydə alınan 7.4 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.

İndiyədək dağıntılar altından 42 nəfərin meyiti çıxarılıb.

Təbii fəlakət nəticəsində 200 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.

Dağıntılar ölkənin əsasən Hələb və İdlib bölgələrində qeydə alınıb.

Daxil olundu: 06.02.2023 » Oxundu: 2470
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!