Fəaliyyət sahəsi əsasən şəhər təsərrüfatı, mənzil fondunun saxlanılması, abadlıq və kommunal xidmətlərinin təşkili olan Lənkəran Mənzil  Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Emin Şahzadədir. O, 10 oktyabr 1979-cu ildə Lənkəranda anadan olub. Ali təhsilli mütəxəssis olan Emin müəllim əmək fəaliyyətinə Lənkəran Dövlət Universitetindən başlayıb. O burada rektor köməkçisi, proqramist, laboratoriyada elmi işçi və s. vəzifələrdə çalışıb. Daha sonra müxtəlif illərdə "Ata sığorta"da, Lənkəran rayonu Rvo inzibati ərazi vahidində İcra nümayəndəsi, Mənzil kommunal idarəsinin rəisi, Mənzil Təsərrüfatı idarəsində iqtisadçı, şəhər İşıqlandırma idarəsinin rəisi işləyib. 2026-cı ilin iyul ayında Lənkəran Mənzil Kommunal Təsərrüfatı İdarəsinə rəis təyin edilib. Orta aylıq əmək haqqı 450 manat civarında olan bu idarədə "Dost" mərkəzi ilə birlikdə 350-yə yaxın işçi qüvvəsi çalışır. Emin müəllimdən Mənzil-kommunal idarəsinin xidməti haqqında soruşduqda o, cavab verdi: "Mənzil-kommunal təsərrüfatı  müəssisəsinin vəzifə və funksiyalarının əsasını dövlət siyasətini həyata keçirməklə kommunal təsərrüfatının və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil etmək; mənzil fondunun uçot qaydasını müəyyən edərək mənzil kirayə haqlarının və məişət tullantılarının daşınması haqlarının yığılmasını təmin etmək; mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasını və tstismarını təmin etmək; mənzil fondunun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalarına uyğun saxlanılmasını istismarını təmin etmək; əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydaları və yanğından mühafizə sahəsində tədbirlərin həyata keçirilməsini təmin etmək; əhatə etdiyi ərazidəki küçə və meydanların, parkların təmizliyini təmin etmək; əhatə etdiyi binaların ərazidəki çoxmənzilli binaların ümumi istifadə olan hissələrinin süpürülməsini təmin etmək; əhatə etdiyi ərazidə məişət tullantılarının daşınmasını təmin etmək və s.-dən ibarətdir. Son vaxtlarda idarəmizə daha 3 texnika – zibildaşıyan verilib. Şəhərin zibilləri qrafikə uyğun olaraq vaxtlı-vaxtında təmizlənir. Şəhərin zibil paliqonunun yerinin yaxın günlərdə dəyişdiriləcəyi nəzərdə tutulub və bunun üçün müvafiq yer də təyin olunub. Onu da qeyd edək ki, şəhərin ümumi kanalizasiya sistemi də yenidən qurulur və artıq işlərə start verilib. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə bu iş üçün lazımı vəsait də ayrılıb. Layihəyə əsasən işin 4 ilə tamamlanacağı nəzərdə tutulub. Xan Lənkəran səliqə-sahmanı və gözəlliyi ilə hər zaman seçilib və həmişə də belə olacağı üçün var qüvvəmizi sərf etməyə hazırıq".

Gülağa CƏFƏROV,

Keçmiş SSRİ və Azərbaycan  

Jurnalistlər Birliyinin

Daxil olundu: 11.09.2026 » Oxundu: 8
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!