Roma Papası Fransisk Beynəlxalq babalar və nənələr gününü təsis edib.

Bu barədə “Report” “Vatican News”a istinadən xəbər verir.

"Babalar və nənələr tez-tez unudulurlar. Ona görə də, bu sərvəti unutmayaq, təməlləri qoruyaq və onları gələcək nəsillərə ötürək”, - o deyib

Fransısk əlavə edib ki, bayramın qeyd ediməsi İsa Məsihin babası və nənəsi olan müqəddəslər - Yoahim və Annanın anım gününün yaxın olması üçün seçilib.

Yeni bayram hər il iyul ayının sonuncu bazar günü qeyd ediləcək.

Daxil olundu: 01.02.2021 » Oxundu: 2628
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!