Ölkəmizin tikinti-inşaat sektoruna layiqli töhfələr verən qum-çınqıl karxanalarından biri də Qəbələ Dəmiraparan çay hövzəsində fəaliyyət göstərən Qum-çınqıl karxanasıdır. 2024-cü ildən fəaliyyətə başlayan karxananın torpaq ərazisi 2,5 hektar sahəni əhatə edir. Karxananın müdiri Rauf Qəribovdur. Hazırda 12 işçi qüvvəsi ilə çalışan müəssisədə orta aylıq əmək haqqı 500-600 manat civarındadır. Burada çalışan bütün işçilər ən gözəl sözlərə layiqdirlər. Onlar əməksevərliyi və öz işlərinə qarşı olan məsuliyyətli münasibətləri ilə müəssisənin xidmətindən istifadə edən hər kəsin dərin hörmət və rəğbətini qazanıblar. Nümunəvi işçilərdən Arif Alışanovun, Elnur Mahmudovun, Nurlan, Vəzirxan və başqalarının adını çəkmək yerinə düşərdi. Karxana bütün lazımı texniki avadanlıqlarla təchiz olunub. Bu isə işlərin daha keyfiyyətli aparılmasına səbəb olur. Lakin Rauf müəllimin dediyinə görə karxananın daha bir yükləyiciyə və ekskovatora ehtiyacı var. Rauf müəllim deyir: "Dəmirqapan çay hövzəsindən yığılan yüksək keyfiyyətli qum-çınqıl inşaat işlərində əhəmiyyətli rol oynayır. Bildiyimiz kimi yüksək keyfiyyətli beton məhsulları əldə etmək üçün keyfiyyətli xammallardan istifadə etmək əsas şərtlərdən biridir. Bizim karxanadan yığılan qum həm hörgü-suvaq, həm də beton üçün yararlıdır. Buradan qum-çınqıl aparanlar razılıq edirlər. İnsanların rifah halı onların rahat və geniş evlərdə, komfortlu şəraitdə yaşamalarından çox asılıdır. Bəlkə elə buna görə də ölkəmizdə son dövrlərdə tikinti işləri istər dövlətimiz, istərsə də fərdi insanlar arasında geniş vüsət alıb. Tikinti mateteriallarının bolluğu və çeşid müxtəlifliyi hər bir tikintinin sürətinə və keyfiyyətinə əsaslı təsir göstərir. Bizim də əsas məqsədimiz insanların tikinti mateiallarına olan tələbatının ödənilməsində müstəsna xidmət göstərmək və vətəndaşlarımızın geniş və rahat evlərdə yaşamasına dolayısı da olsa, vəsilə olmaqdır. Karxanamızda çalışan bütün əməkdaşların da məqsədi məhz budur. Niyyət gözəl olanda, nəticə də gözəl olur. Düşünürəm ki, qurub-yaratmaqdan, tikib-abadlaşdırmaqdan gözəl nə ola bilər ki? Bütün bunları həyata keçirmək üçün isə müxtəlif tikinti mateialları ilə yanaşı, həm də qum-çınqıl lazımdır. Bu baxımdan biz öz məsuliyyətimizi gözəl anlayır və belə gərəkli bir işdə çalışdığımız üçün qürur duyuruq". Rauf müəllim ölkəmizin ən dilbər guşələrindən biri olan Qəbələ rayonunun Aydınqışlaq kəndində anadan olub. Orta təhsilini doğulub boya-başa çatdığı rayonda alıb. Daha sonra müəllim olmaq arzusu ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub. Lakin tale yolu onun əmək fəaliyyətini başqa səmtə yönləndirib. O, 2015-2018-ci illərdə Fövqəladə Hallarda işləyib. Daha sonra fəaliyyətini özəl sektorda davam etdirib. Artıq iki ildir ki, Dəmirqapan qum-çınqıl karxanasına rəhbərlik edir. Yüksən insani keyfiyyətləri, rəhbərlik bacarığı və əməksevərliyi ilə hər kəsin dərin hörmət və rəğbətini qazanan Rauf müəllimin məqsədi müəssisəni daha da genişləndirmək və daha çox insanın iş yeri ilə təmin olunmasına yardımçı olmaqdır. Bu işdə ona uğurlar arzulayır və müəssisənin daha böyük nailiyyətlərə imza atacağına inanırıq.
Gülağa CƏFƏROV,
Keçmiş SSRİ və
Azərbaycan Jurnalistlər Birliyinin
