Lənkəranda Ağasəlim Cəfərovu belə tanıyırlar

Lənkəran rayonunda Ağasəlim Cəfərovu kimdən soruşsan "Müdrik insandır", "Xeyirxah ürək yiyəsidir", "El-obanın təəssübünü çəkəndir", - deyə onu bu cür istiqanlı sözlərlə xarakterizə edərlər.
Ağasəlim müəllim həyatın, necə dəyərlər, hər üzünü görüb. Uşaqlıq və gənclik illəri heç də hamar keçməyib. Həyat onu çox sınaqlardan keçirib. Öz zəhməti, işgüzarlığı, istedadı hesabına təhsil alıb, idarə müdirliyinədək yüksəlib.
Ömründə çox insana əl tutub, kömək edib, heç bir təmənnası olmayıb. Sağlam həyat tərzi keçirməyi xoşlayan, səliqə-səhmana, nizam-intizama ciddi yanaşan, iti zəkalı, dərin təfəkkürlü, çox səbirli insan olan Ağasəlim müəllimin analitik düşüncə tərzi, hadisələri düzgün dəyərləndirmək bacarığı və ən başlıcası dövlətə, dövlətçiliyə sədaqəti onu daha əzəmətli göstərir. Zahirən ciddi görünsə də ünsiyyətdə mehriban, şən və yumor hissinə malik bir adamdır...
1941-ci ildə dünyaya göz açan Ağasəlim Cəfərov həm də mehiban ailə başçısı, nəvə-nəticə sahibidir. Həyatda əldə etdiyi uğurlara o, əzmkarlığı, iradəsi, zəhməti hasabına yerişib. Min bir əziyyətə qatlaşaraq, addım-addım zirvəyə ucalıb. Adi fəhləlikdən idarə rəisi vəzifəsinədək yüksəlib. Daha doğrusu, fəhlə, briqadir, iş icraçısı, idarə rəisi vəzifəsi onu zirvəyə qaldıran uğur pillələri olub. Bu gün də o, təqaüddə olmasına baxmayaraq doğma Azərbaycanın iqtisadiyyatının inkişafından ötrü bilik və təcrübəsini gənclərdən əsirgəmir.
Dekabrın 25-i Ağasəlim Cəfərovun doğum günüdür, 81 yaşı tamam olur. Ona uzun ömür, möhkəm cansağlığı, firəvan həyat arzulayırıq.
Ad gününüz mübarək, Ağasəlim müəllim!

Kriteri.az saytının kollektivi adından:
G.Cəfər

Daxil olundu: 23.12.2022 » Oxundu: 403
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!