Masir dünyada strateji əhəmiyyətli nəqliyyat vasitəsi olan dəmir yolları nəqliyyat vasitələri ilə hər il milyon tonlarla yük və nəqliyyat daşımaları həyata keçirilir ki, bu da ölkələrin iqtisadiyyatında mühüm rol oynayır. Ölkəmizdə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan Polad Magistralı öz sürətli inkişaf mərhələsindədir. Ölkəmizdə bu sahədə xidmətləri olan əsas müəssisələrdən biri də Salyan Lokomotivlərin İstismarı Deposudur.

Deponun rəisi Fəxrəddin Rəhimovdur. O, 1976-cı ilin 27 aprelində Hacıqabul rayonunda dünyaya göz açıb. Orta təhsilini doğulduğu rayonda başa vurduqdan sonra ali təhsil alan Fəxrəddin müəllim 1993-cü ildən Hacıqabul dəmiryolu sahəsində çalışır. O, buradakı əmək fəaliyyətinə maşinist köməkçisi olaraq başlayıb. Daha sonra maşinist, maşinist təlimatçısı işləyib. 2003-cü ildə Hacıqabul Deposunun rəisi, 2019-cu ildə İmişli Deposunun rəisi vəzifələrində çalışıb. 2023-cü ilin sentyabr ayında isə Salyan Deposuna rəis təyin edilib.

Uzun illərin təcrübəsindən irəli gələn peşəkarlıq burada da özünü büruzə verib və elə ilk gündən Fəxrəddin müəllimin iş dəsti-xətti müsbətə doğru özünü göstərə bilib. Müəssisə haqqında ətraflı məlumat verən Fəxrəddin müəllim qeyd etdi ki, idarənin əsas iş prinsipi yük daşımaları ilə əlaqəlidir. 2023-cü il ərzində ümumilikdə dəmir relslərlə 18 ton 05 milyonluq yük daşınıb ki, burada da Salyan Deposunun əməyi danılmazdır.

Müəssisədə əsasən təcrübəli və bacarıqlı, öz işini ürəkdən sevən peşəkarlar çalışır. Onlardan rəis müavini Amil Əhmədovun, maşın təlimatçısı Rabil Cəfərovun, maşinist Ramazan Gözəlovun və başqalarının adını çəkmək yerinə düşərdi. Ümumiyyətlə, müəssisədə hazırda 111 işçi qüvvəsi çalışır. Orta aylıq əmək haqqı isə 800-1000 manat civarındadır.

«Dəmir yolu nəqliyyatı müxtəlif yüklərin kütləvi şəkildə uzaq məsafələrə yüksək sürətlə digər nəqldiyyat vasitələri ilə müqayisədə qat-qat ücüz aparılması ilə, həmçinin hərəkətin intensivliyi ilə fərqlənən nəqliyyat vasitəsidir. Dəmir yolu nəqliyyatının tarixi o qədər də qədim deyildir. Bu nəqliyyatın yaranması sənaye inqilabı dövründən başlanmışdır. İlk dəmir yolu xəttinin açılışı 1830-cu ildə İngiltərədə olub. Daha sonra dünyanın daha bir neçə iri dövlətlərində dəmir yolları xətləri yaranıb. Azərbaycanda isə dəmir yolu ilk dəfə 1878-1879-cu illərdə Bakı-Balaxanı arasında çəkilmişdir. Sonra isə daha da genişləndirilmiş və neft məmulatlarının daşınmasında əhəmiyyətli rol oynamışdır.

Müasir dünyamızı bu möcüzəli nəqliyyat vasitəsiz təsəvvür etmək bəlkə də, ümumiyyətlə, mümkün deyil. Dəmir yolunun kəşfi və müasir dövrümüzə qədər keçdiyi inkişaf yolu heyrətamizdir. Eyni zamanda bu sahədə çalışmaq insandan böyük məsuliyyət və diqqət tələb edir. Ən əsası isə bu sahəyə olan marağın adi və keçici olmamalıdır. Əgər belə olarsa, onda iş həyatında heç bir uğur və irəliləyiş əldə etmək mümkün deyil. Mən bu gün sadə maşinist köməkçisindən rəis vəzifəsinəcən yüksəlmişəmsə, bunun üçün öz işimə qarşı olan sevgimə minnətdaram» – söyləyir Fəxrəddin müəllim.

Məlumat üçün onu da deyək ki, Fəxrəddin müəllim ailəlidir və 3 övlad atasıdır. O, hər bir övladını vətənpərvər və cəmiyyətimiz üçün lazımlı şəxslər kimi yetişdirməyə çalışıb və nə xoş ki, buna nail olub. 

Gülağa

Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 14.06.2024 » Oxundu: 144
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!