Girdəni kəndinin şəhidi Kənan Axundovun xatirəsinə
Vətənin hər yerində,
Gəzir sözün,söhbətin,
Bir qəhrəman esgərdi
İgid,döyüşkən,mətin.
Elə bil nağıl idin
Səni güllələr dərdi.
Düşmənin iyrənc oyunu,
Səni ölümə verdi.
Gəzir ruhun Vətəni,
Əzir qəhər düşməni.
Qəhrəman adın daim,
Yaşadacaqdır səni.
Məhəbbətin yaşayır,
Doğma ,əziz elində.
"Qələbəyə az qalır"
Söyləmişdin dilindən.
Laçın bizi gözləyir,
And içib kəlmə kəsdin.
Füzulini alanda,
Cəbrayıla tələsdin.
Elin qəhrəman oğlu,
Büründün al bayrağa.
Şəhid kimi ucalıb,
Tapşırıldın torpağa
Ofelya Nəzərova
AYB və AJB nin üzvü
Qızıl qələm və Araz mukafatçısı,
5 kitab müəllifi
Daxil olundu: 24.07.2026 » Oxundu: 19
