Əbədiyaşar lider   Dünya azərbaycanlılarının və bütün türk dünyasının fəxri olan Heydər Əliyevin siyasi fəaliyyətinin hər bir annı xalqının, Vətəninin taleyi ilə bağeı olmuşdur. Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan tarixinin ən qüdrətli şəxsiyyəti kimi xalqımızın qürur mənbəyidir. Qüdrətlənən Azərbaycanın zəfərlərini gördükcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü daha dərindən dərk edirik. Ötən əsrin ortalarında, yəni 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə başçılıq etmək qisməti Ulu Öndər Heydər Əliyevə nəsib oldu. Heydər Əliyev rəhbərliyinin ilk günlərindən respublikada böyük bir inqilabın başlandığı göz önündəydi. Ona görə Ulu Öndər elə ilk illərdə qazandığı uğurlarla xalqını, dövlətini sevən rəhbər olduğunu sübuta yetirdi. O, respublikanın üzləşdiyi problemləri ilk gündən düzgün müəyyənləşdirməklə, onların həlli üçün lazımı iradə, qətiyyət və prinsipallıq göstərdi. Fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik məharəti ilə Azərbaycanı cəmi bir neçə ilə dinamik inkişaf yoluna gətirməyç müvəffəq oldu. İdarəçilikdə mütərəqqi yeniliklərin tətbiqi, milli kadrların önə çəkilməsi yolu ilə cəmiyyətin normal inkişaf ahəngini təmin etdi. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının əzmkarlığı nəticəsində 1980-ci illərdə respublikamız bütün sahələrdə yüksək göstəricilər əldə edərək, keçmiş müttəfiq respublikalar arasında ön yerlərdən birini tutmaqla, inkişaf etmiş sənaye ölkəsinə çevrildi. Təbii ki, bütün bunlar Ulu Öndərə tək Azərbaycan və sovet dövlətində deyil, dünya miqyasında böyük şöhrət gətirmişdi. Ona görə 1982-ci ildə xalqımızın dahi övladının SSRİ kimi nəhəng bir dövlətin Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilməsi və Sov.İKP MK-nın Siyasi büro üzvü seçilməsi onun böyüklüyünün ümumittifaq miqyasında etiraf olunmasının əyani təsdiqi idi. 1993-cü ilin iyun ayında məlum hadisələrlə bağlı ölkəmizdə vəziyyət ən kritik həddə çatmışdı. Azərbaycan xalqı başa düşürdü ki, ölkəni və xalqı bu bəladan qurtaran yeganə şəxs Heydər Əliyevdir. Ona görə ölkənin bütün bölgələrində izdihamlı mitinqlər keçirilərək Heydər Əliyevin Naxçıvandan Bakıya gətirilməsi və hakimiyyətin ona verilməsi tələb olunur, hamı «Heydər-xalq, xalq-Heydər» şüarını səsləndirirdi. Beləliklə, Azərbaycan xalqı öz taleyini təcrübəli, vətənini və xalqını sevən, onun arzu və istəkləri ilə yaşayan Heydər Əliyevə etibar etdi. Məhz bu xilaskar missiyanın nəticəsi kimi, Azərbaycan xalqı 1993-cü ilin oktyabrında Ulu Öndər Heydər Əliyevə etimad göstərərək onu özünün layiqli rəhbəri seçdi. Bütövlükdə Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental əhəmiyyət kəsb etməyə başladı və Heydər Əliyev ölkədə demokratik, qüdrətli dövlət modeli konsepsiyasını uğurla həyata keçirdi. Bu mənada Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin əsaslarının formalaşdırılması, hüquqidövlət dövlət quruculuğu, hüquqi-siyasi, sosial-iqtisadi və aqrar islahatların aparılması, respublikamızın beynəlxalq birliyin tam hüquqlu üzvünə çevrilməsi və bütövlükdə müstəqillik illərində Azərbaycanın birinci inkişaf dövrü kimi yadda qaldı. Bütün həyatını Vətəninə, canından artıq sevdiyi millətinə həsr etmiş Ulu Öndər Heydər Əliyev xalqın bu tükənməz sevgisini özünün cahanşümul əməlləri ilə qazanaraq, hələ sağlığında ikən canlı əfsanəyə çevrilmişdir. Ümummili Liderin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.   

Əlvida Calalov

Şəki rayon Kiçik Dəhnə bələdiyyəsinin sədri 

Daxil olundu: 13.12.2025 » Oxundu: 520
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!