Azərbaycan dünyada ən böyük sərvətimizdir.Biz vətənimizi bir sərvət kimi qoruyuruq və sevirik bu günde belədir və həmisə belə olacaq. 30 il gözlədiyimiz an gəlib yetişdi,Azərbaycan öz tarixi yerlərini geri aldı. Böyük qələbənin önündə,ali baş komandan gedirdi. 44 gün savaş günlərində Azərbaycan xalqı öz rəhbərini yenidən kəşf etdi,budur hər kəs Azərbaycanın gücünü gördü, həm döyüş meydanında,həmdə siyasət müstəvisində. Fateh sərkərdəmizi gülerüz və nikbin gördük,çünki o ata vəsiyyətini əlində bayraq tutaraq,qalibiyyət qazandı.Sülhsevər xalqımız prezidentimizin ətrafında birləşərək bir nəfər kimi vətəni qorumaqa qalxdılar.Xalqımız hec bir yerdən kömək istəmədən torpaqlarımız azad olundu. 27 sentyabr 2020- ci ildə başlayan 44-cü davam edən Vətən müharibəsi, vətəndə tarix yazan torpaq uğrunda qəhrəmanlıqla döyüşərək canını fəda edən şəhidlərimiz oldu. Əlbətdə müharibə itkisiz olmur,əvvəldən xalqımız qələbəyə inam verdi, əziyyətlə,əbədi torpaqlarımıza qovuşdu. Bu gün yaşadığım Lənkaran rayon Girdəni kəndində qəhrəmancasına həlak olan, könüllü olaraq 44 günlük müharibəyə tələsən,şəhid Kənan Hamil oğlu Axundzadə də var idi. Kənan Axundzadə 1994 -cu ildə Lənkaran rayonun Girdəni kəndində fəhlə ailəsində doğulmuşdur, tək bir oğlan idi və bir bacısı var idi. 2011- ci ildə Məhəmməd Bağırov adına tam orta məktəbin 11- ci sinifi bitirəndən sonra,2013- cu ildə Lənkaran rayon hərbi komissarlıq tərəfindən hərbi xidmətə cağrılır. Moruğ dağında kəşfiyyatçı olaraq xidmət etmisdir,2014- cu ildə hərbi xidmət İ basa vurduqdan sonra evə qayıdır. Evinə kömək məqsədi olaraq, dəmir yolu vağzalında mühafizəçi vəzifəsində işə düzəlir.Kənan Axundzadə 2020-ci ildə avqustun 20- sində Azərbaycan respublika Müdafiyyə Nazirliyi M AHXO Kimi silahlı qüvvələri sıralarına qoşulur və Beylaqan rayon H saylı hərbi hissədə təlimlərə başlayır. 2020-ci ilin sentyabr ayının 27-sində Azərbaycan silahllı qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan ərazi bütövlüyünün bərpa olunması zamanı,Fizulinin və Xocavəndin azadlığı ugrunda gedən müharibədə ürəyindən vurulur, Kənan Axundzadə şəhidlik zirvəsinə ucalır.Qəhrəmanlıq zirvəsində təkcə oğullarımız deyil , birinci analar ucalır sonra isə oğulları. Şəhidlik zirvəsindən sonra Kənan Axundzadənin ailəsinə Azərbaycan Respublikasının Silahlı Qüvələrinin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə Dövlət Sosial Müdafiə Fondunun təşəbüsü ilə Kənan Axundzadənin ailəsinə ev verilmişdir. Kənan Axundzadənin doğulduğu küçəyə Kənan Axundzadənin adı verilmişdir. Fizulinin və Xocəvəndin azad olunması,və cəsur döyuşçü medalları ilə təltif olunub. Vətənə xidmətə görə1- ci dərəcəli orden verilib. Səhid Kənan Axundzadə siz Əbədi Vətən qəhrəmanlarındansınız.Yerin cənət olsun,qəbrin nurla dolsun.
Ofelya Nəzerova
AYB və AJB Birliyinin üzvü.
Qızıl qələm və Araz mukafatçısı,
5kitab müəllifi
