Beləcə ağarıb sacın-saqqalın,

Yoxdiur öz ailən, həyat yoldaşın.

Nə qədər tək qalsan, düzəlməz halın,

Daha bu subaylıq fikrindən daşın.

Ömür - hər insana Allah verən pay,

Secdiyin bu həyat hec həyat deyil.

Nə qədər ki yaşı ötmüş subay var,

Heç biri həyatda bil ki, şad deyil.

Qoy körpə böyüsün sənin qolunda,

Sənin ata kimi bir adın olsun.

Bir vaxt yıxılanda həyat yolunda

Səni qaldırmağa bir qadın olsun

Ofelya Nəzərova

Azərbaycan JB və YB nin uzvu

Qızıl qələm Araz mukafatı

və 5 kitab muəllifi

Daxil olundu: 19.07.2026 » Oxundu: 41
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!