Azərbaycanda Zəfər Günü tədbirləri başlayıb.
Ölkənin şəhər, rayon və kəndlərində Qarabağda qazanılan Böyük Qələbənin birinci ildönümü qeyd edilir.
İnsanlar axın-axın Şəhidlər xiyabanlarını ziyarət edir, Vətən uğurunda canlarından keçənlərin ruhuna dualar oxuyurlar.
Küçələr, binaların eyvanları və fasadları Azərbaycan bayrağı ilə bəzədilib.
Azərbaycanın məscidlərində "Şükür” namazları qılınır.
Saat 10:00-da Bakıda genişmiqyaslı yürüş başlayacaq. Aksiya Azneft dairəsindən start götürəcək və Hərbi Qənimətlər Parkında yekunlaşacaq.
Daxil olundu: 08.11.2021 » Oxundu: 2597
