AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Kazımovun «Türk dillərinin intensivlik qrammatikası» (Bakı, «Elm və təhsil» nəşriyyatı, 2022, 236 s.) kitabı nəşr olunmuşdur. Kitabın elmi redaktorları filologiya elmləri doktoru, professor Qəzənfər Kazımov, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru Xəyalə Mürsəliyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Zamiq Təhməzovdur.
Monoqrafiya türk dillərinin intensivlik qrammatikası həsr olunmuşdur.
Kitab giriş, beş fəsil, nəticə və ədəbiyyatdan ibarətdir. Əsərdə ilk dəfə olaraq türk dillərinin intensivlik kateqoriyasının leksik, qrammatik və frazeoloji və s. özəllikləri işıqlandırılmışdır. Dilin bütün sferalarında intensivlik əlamətinin yaranmasının səbəbləri və ifadə vasitələri müəyyənləşdirilmişdir. Burada fonetik, qrafik, leksik, morfoloji, sintaktik və frazeoloji vasitələrin rolu təyin olunmuşdur.
Kitabdan universitet tələbələri, magistrləri, elmi işçilər və müəllimlər istifadə edə bilərlər.

kriteri.az

Daxil olundu: 29.01.2023 » Oxundu: 1222
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!