Milli Mətbuatın dəyərli simalarından olan yazıçı -publisist ,Söz jurnalın baş daktoru, Prezident təqaüdçüsü və təltifçisi SEVDA ƏLİBƏYLİNİN bu günlərdə çapdan çıxan "YAZDIQLARIMDAN" adlı uzun illərinin, yuxusuz gecələrinin, ağrılı ürəyinin, nuru azalmış gözlərinin məhsulu olan 778 səhifəlik kitabı 4 bölmədən ibarətdir: "Zəfərin mübarək, Azərbaycan!", "Unudulmaz simalar", "Nə xoş ki, sizlərlə müasirəm", "Bizi yaxşı-yaxşı yandırsın deyə, ölüm də ən yaxşı dostları seçir"... Kitabln məsləhətçisi Xalq yazıçısı Elmira Axundovadır. Sevda Əlibəyliyə yaradıcılığının davamlı olmasında möhkəm cansağlığı arzu edirik... Sevda xanım daha yüksək mükafatlara layiq olduğu üçün, ümid edirik ki, dəyərini gec də olsa alacaq... Kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə - ilk növbədə ömür-gün yoldaşı Mükafat bəyə, oğlu Toğrula, "Bakı mətbəəsi" ASC-nin kollektivinə təşəkkürümüzü bildiririk. Kitabın çapa hazırlanmasında yaxından iştirakıma görə qürurluyam.
Aliyə Cavanşir
