Hərbi vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi MMC-nin Hacıqabul filialının rəisi Əhmədağa Ağayev uzun illərdir ki, bu vəzifədə işləyir. Bu mutəxəssis hazırlıq mərkəzində onun xidməti var. Mərkəzə nəinki Haçıqabul rayonundan, hətta ətraf rayonlardan da müdavimlər oxuyur.
Əhmədağa müəllim 1958-ci ildə Hacıqabulun Neynəman kəndində anadan olub. Orta məktəbi kənddə oxuyub. Ali təhsilini isə Azərbaycan Politexnik İnstitutunda başa vurub. O, müxtəlif idarələrdə işləyib. Əhmədağa müəllimin harda işləməyindən asılı olmayaraq, hər zaman zəhmətkeşliyi, insanlara qarşı xoş münasibəti, öz işinə qarşı xoş münasibəti, öz işinə qarşı məsuliyyətlə yanaşması, bacarığı ilə ətrafındakı insanların hörmətini qazanıb.
Hazırda çalışdığı peşə təlimi müəssisəsində yüksək insani keyfiyyətləri ilə kollektivin dərin hörmət və rəğbətini qazanmışdır. Əhmədağa müəllim mərkəzin gündəlik iş rejimi haqqında da söhbət etdi. O, məlumat üçün bildirdi ki, ordu sıralarına çağırılanlardan hər il burada dövlət tərəfindən oxudulur və orduya yola salınır.
Ümumiyyətlə, burada bütün növ kateqoriyalar üzrə sürücülük ixtisası tədris edilir. Əhmədağa müəllim onu da bildirdi ki, burada çalışan müəllim və təlim ustaları müdavimlərə təkcə peşə öyrətməklə kifayətlənmirlər. Onlar həmçinin gənclərin milli ruhda tərbiyələnməsinə, vətənpərvərlik duyğularının daha da artmasına çalışır, hər bir müdavimə vətən sevgisi, yurd məhəbbəti aşılanır.
Əhmədağa müəllim söhbətində bildirdi ki, illər ərzində işlədiyim müəssisənin fəxri döş nişanına, fəxri fərman və diplomlarına layiq görulmüşəm. Həmçinin 2018-ci ilin may ayında anadan olmağımın 60 illik yubileyində baş idarə tərəfindən məktəbimizə xidməti maşın hədiyyə verildi. Mənə göstərilən bütün bu etimadlara görə, dövlətimizə minnətdaram.

Gülağa Cəfərov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 02.01.2019 » Oxundu: 1640
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!