Beləcə ağarıb sacın-saqqalın,

Yoxdiur öz ailən, həyat yoldaşın.

Nə qədər tək qalsan, düzəlməz halın,

Daha bu subaylıq fikrindən daşın.

Ömür - hər insana Allah verən pay,

Secdiyin bu həyat hec həyat deyil.

Nə qədər ki yaşı ötmüş subay var,

Heç biri həyatda bil ki, şad deyil.

Qoy körpə böyüsün sənin qolunda,

Sənin ata kimi bir adın olsun.

Bir vaxt yıxılanda həyat yolunda

Səni qaldırmağa bir qadın olsun

Ofelya Nəzərova

 AYB və AJB nin üzvü

Qızil qələm və Araz mukafatı ,

5 kitab müəllifi

 

Daxil olundu: 24.07.2026 » Oxundu: 265
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!