Ağcabədi rayonunda fəaliyyət göstərən Ağcabədi Peşə Məktəbində uzun illərdən sonra yenidən məzun günü təşkil edilmişdir.

Texniki peşə təhsili səviyyəsində fəaliyyət göstərən müəssisədə hal-hazırda “Bitkiçilik mütəxəssisi”, “Heyvandarlıq mütəxəssisi”, “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru”, “Elektrik-qaz qaynaqçısı” (11 illik və 9 illik bazadan), “Kompüterlərin təmiri və xidməti üzrə texnik” və “Dayə” ixtisasları üzrə kadr hazırlığı aparılır.

Cari ildə adı çəkilən ixtisaslardan ilk beşi üzrə ümumilikdə 83 nəfər şəxs məzun olmuşdur. Peşə Təhsili üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən demək olar ki, bütün təhsil müəssisələrində olduğu kimi Ağcabədi Peşə Məktəbində də məzun günü təntənəli şəkildə qeyd edilmişdir.

Peşə məktəbinin həyətində təşkil edilən tədbiri giriş sözü ilə məktəbin direktoru Fərrux Rəhimli açmış, tədbirin məqsədi, eləcə də cari ildə peşə məktəbində olan yeniliklər haqqında məlumat verərək məzunları təbrik etmiş və uğurlar arzulamışdır. Rəsmi hissədə həmçinin təlim-tərbiyyə işləri üzrə direktor müavini Cahid Cəfərov, istehsalat təlim ustaları İlham Həsənov və Zabil Əhmədov çıxış edərək məzun olan tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulamış və tədbirin yüksək səviyyədə baş tutması istiqamətidə öz tövsiyyələrini bildirmişlər.

Tədbir zamanı həmçinin cari ildə təlim-tədris prosesində fərqlənən, eləcə də Vətən Müharibəsində iştirak etmiş məzunlara xüsusi “Təşəkkürnamə”lər təqdim edilmişdir.

Daha sonra tədbir məzunların çıxışları və şən musiqi sədaları altında müxtəlif rəqslərin ifası ilə davam etmişdir. Tədbirdə həmçinin rayonda fəlaiyyət göstərən özəl rəqs kurslarından birinin rəhbəri tədbirə qonaq qismində dəvət edilmiş və o, milli geyimdə müxəlif rəqslər ifa etmişdir. Sonda məktəb rəhbərliyi, pedaqoji və və texniki heyyət məzunlarla birlikdə xatirə şəkilləri çəkdirmişlər.

Daxil olundu: 01.07.2024 » Oxundu: 41
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!